Separatçılar Ukrayna ordusuna tanklarla hücum etdi
Bizi izləyin

Dünya

Separatçılar Ukrayna ordusuna tanklarla hücum etdi

Separatçılar tanklarla Ukrayna ordusuna qarşı hücuma keçib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, separatçılar səkkiz tankla Kramatorskda Ukrayna əsgərlərinin blok-postlarına hücum ediblər. Şiddətli döyüşlərdə Ukrayna tərəfinin 4 zirehli maşını və minomyotu məhv edilib. Separatçıların isə bir tankı vurulub.

Separatçıların canlı qüvvə tələfatı barədə məlumat verilmir. Tımçuk bildirib ki, döyüş zamanı 4 ukraynalı əsgər öldürülüb, 5 nəfər yaralanıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm