Sərkisyan ad gününü keçirmək üçün Qarabağa gəldi
Bizi izləyin

Dünya

Sərkisyan ad gününü keçirmək üçün Qarabağa gəldi

Ermənistan prezidenti Serj Sərkisyan 60 illik yubileyini qeyd etmək üçün bu gün Azərbaycanın işğal altındakı ərazilərinə gəlib.

Virtualaz.org saytı erməni mənbələrinə istinadən xəbər verir ki, erməni elitasının və məmurlarının Sərkisyana yubileyində hansı hədiyyəni vermək üzərində baş sındırdığı bir vaxtda Ermənistan prezidenti bu gün Qarabağa yola düşüb.

Gözlənilir ki, o, şənbə və bazar günlərini Qarabağda keçirəcək. Sərkisyanın ad günü iyulun 1-dir və onun həmin günə qədər Qarabağda qalıb-qalmayacağı məlum deyil.

Erməni mətbuatı yazır ki, Sərkisyan ad günü ərəfəsində Qarabağa yola düşməklə erməni məmurlarına ona hədiyyə almaq üçün əl-ayağa düşməmək mesajı verib. Buna baxmayaraq, Sərkisyanı təbrik etmək üçün onun dalınca Qarabağa gedənlərin olacağı dəqiqdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm