Türklərdən İŞİD-ə dəstək
Bizi izləyin

Dünya

Türklərdən İŞİD-ə dəstək

Türkiyə kəşfiyyat dairələrinin son hesabatına görə, indiyədək İŞİD daxilində 600-700 nəfər Türkiyə vətəndaşı olduğu təxmin edilir. Onlardan 163-nün ailəsi müvafiq qurumlara müraciət edib.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, Suriyaya keçib İŞİD-ə qatılan 163 nəfərin ailəsi hüquq-mühafizə orqanlarına onların itkin düşmələrinə dair müraciət edib. Araşdırmalar zamanı haqlarında müraciət olan şəxslərin Suriyaya keçdikləri və İŞİD düşərgələrində təlimdən sonra vətəndaş müharibəsinə qatıldıqları məlum olub. İŞİD tərəfində döyüşən türklərdən üçünün həlak olduğu ortaya çıxıb. Yaralanan 4 türk isə xəstəxanalarda ölüb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm