Ukraynada barışıq elan edildi
Bizi izləyin

Dünya

Ukraynada barışıq elan edildi

"Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" 30 iyuna qədər Ukrayna hərbçiləriylə barışığa razılaşıb.

ANS PRESS-in məlumatına görə, bu barədə "Donetsk Xalq Respublikası"nın baş naziri Aleksandr Boroday bildirib.

"Donetsk respublikası"nın hökumət başçısı, həmçinin ATƏT müşahidəçilərini Ukraynanın şərqində münaqişə zonasına dəvət edib.

Aleksandr Boroday onların təhlükəsizliyinə təminat verməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, mayın sonunda ATƏT-in müşahidəçilər qrupu Donetsk ərazisində yığma qoşun döyüşçüləri tərəfindən əsir tutulmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm