Hökumət vətəndaşların 100 milyon borcunu bağışladı
Bizi izləyin

Dünya

Hökumət vətəndaşların 100 milyon borcunu bağışladı

Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının xeyrinə genişmiqyaslı addım atıb.

Publika.az xəbər verir ki, hökumət vətəndaşların banklara olan 100 milyon dollar dəyərindəki kredit borclarını silib.

“Gulf News” portalının xəbərinə görə, BƏƏ hökuməti bu istiqamətdə banklarla razılıq əldə edib. Bu razılıqla 3 min nəfər silinən borclar siyahısına salınıb. Səlahiyyətli şəxslər bu qərarın vətəndaşların haqqı olan bir həyat standartı təmin etmək istiqamətində verildiyini bildirib.

Qeyd edək ki, BƏƏ daha əvvəl bu addımı 2012-ci ildə də atmışdı. Ölkədə 6 mindən çox insanın toplamda 540 milyon dollar bank borcu silinmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm