Keyfiyyətsiz spirtli içkidən ölənlərin sayı 140 nəfərə çatdı
Bizi izləyin

Dünya

Keyfiyyətsiz spirtli içkidən ölənlərin sayı 140 nəfərə çatdı

Hindistanın Assam ştatında keyfiyyətsiz spirtli içkidən ölənlərin sayı 140 nəfərə çatıb.

Bunu bazar günü ştatın səhiyyə naziri Himanta Bisva Şarma deyib.

Onun sözlərinə görə, daha 300 nəfər xəstəxanalardadır, bəzilərinin vəziyyəti ağırdır.

Bundan əvvəl ölənlərin 98 nəfər olduğu məlum idi.

"Ölən və zərərçəkənlərin sayı hər dəqiqə artmaqdadır", - deyə "News18" telekanalı nazirin sözlərini sitat gətirir.

O qeyd edib ki, təkcə son sutka ərzində təqribən 50 nəfər həyatını itirib.

Zəhərlənmə ştatın iki dairəsində - Qolahat və Corhatda baş verib. Assam ştatında ölüm halları barədə məlumat cümə axşamından etibarən daxil olmağa başlayıb. Ölənlərin əksəriyyəti Assam çay plantasiyalarının işçiləridir.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm