Fransa mətbuatı Türkiyə və Rusiyanın ortaq sirlərini açdı
Bizi izləyin

Dünya

Fransa mətbuatı Türkiyə və Rusiyanın ortaq sirlərini açdı

Fransanın prestijli qəzetlərindən olan “Le Monde” Türkiyə və Rusiya münasibətləri ilə bağlı geniş məqalə yayımlayıb.

Publika.az xəbər verir ki, məqalədə Türkiyə ilə Rusiya arasında diplomatik çərçivədə qeydə alınan istilik və Suriya məsələsində baxış bucaqlarının fərqli olmasına rəğmən, ölkələrin güvən hissi üzərində münasibət qurmasına diqqət çəkilib.

Həmçinin, Moskva ilə Ankara arasındakı fərqli baxış bucağı haqqında Rəcəb Tayyib Ərdoğanın rusiyalı müttəfiqlərini Suriyanın şimal-şərqindəki təhlükəsiz bölgə qurulmasına tam olaraq inandırmadığı iddial edilib.

“ABŞ da təhlükəsiz bölgənin qurulması məqsədini güdmür. Dekabrda prezident Ərdoğana 32 km-lik təhlükəsiz bölgə qurmaq sözü verən ABŞ prezidenti Donald Tramp bu məsələyə hələ də konkretlik qazandırmayıb. Səbir kasası daşan Ərdoğan isə müttəfiqlərinin rəyini almadan bölgəyə hərbi qüvvə göndərəcəyini dedi. Moskva, Tehran və Vaşinqton Türkiyənin Suriyada hakimiyyəti ələ keçirməsini istəmir. ABŞ-ın Suriyadan çəkilməsi İran, Türkiyə və Rusiyanın maraqlarına uyğundur. Bununla belə, sözügedən 3 ölkə “normallaşmış” Suriyanın gələcəyinə dair ortaq baxış bucağına sahib deyillər... Ərdoğan və Putin Adana razılaşması üzərində dayanıb və Suriyada PKK və müttəfiqlərinə qarşı hərbi əməliyyat imkanı verən bu razılaşma Türkiyənin maraqlarına uyğundur. Bundan başqa, Türkiyə ilə Rusiyanı yaxınlaşdıran faktorlar da mövcuddur. Xüsusilə, dolların hegemoniyası ilə mübarizə mövzusunda görüşlər aparılır. Qərbə olan qəzəb bu əməkdaşlığı daha da gücləndirir” -, “Le Monde” yazır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm