İŞİD-ə qarşı səfərbərlik (VİDEO)
Bizi izləyin

Dünya

İŞİD-ə qarşı səfərbərlik (VİDEO)

İraq polisi İŞİD-dən qorunmaq üçün mövqelərini gücləndirib.

ANS TV-nin məlumatına görə, İraq ərazinin əsas yollarında polis qüvvələrinin sayı artırılıb. Assosied Press agentliyi bölgədə ordu qüvvələri ilə bərabər polislərin də səfərbər edilməsini lentə ala bilib. Polislər raket-atıcılar da daxil olmaqla müxtəlif növ silah-sursatla silahlanıblar.

Polis komandiri Malik əl-Maliki deyir ki, müdafiə mövqeləri qurulub və müxtəlif silahlarla təchiz edilib. Bütün bu tədbirlər və polis qüvvələrinin cəlb edilməsi Bağdadın şimal bölgəsini terrorçulardan müdafiə və onları oradan çıxarmaq məqsədilə təhlükəsizliyi təmin etmək məqsədi daşıyır.

Bağdadın şimalına aparan yollar “İŞİD” qüvvələrinin əsas hədəfləri hesab edilir. Döyüşçülər bu yollar vasitəsilə paytaxt Bağdada və ölkənin cənubundakı şiələrin sıx yaşadığı şəhərlərə nəzarəti ələ keçirməyə çalışırlar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm