İraq ordusu İŞİD-i belə məhv edir-Video
Bizi izləyin

Dünya

İraq ordusu İŞİD-i belə məhv edir-Video

İraq ordusunun anti-terror əməliyyatları uğurla davam edir

İslamazeri.az-ın İraq mediasına istinadən verdiyi xəbərə görə, hazırda İraq ordusu Tiqritin azad edilməsi üçün bir neçə cəbhədən əməliyyatlara start verib.

Tiqritin bir neçə əhəmiyyətli nöqtəsi terrorçulardan təmizlənib.

İraq ordusu Tiqritdə həbs və məhv edilən terrorçuların video kadrlarını yayıb.

PressTV isə İŞİD-in bir neçə dəfə Beycidə neftayırma zavodunu ələ keçirməsinin uğursuz olduğunu bildirir.

Telekanala açıqlama verən ordu rəsmisi terrorçuların hücumu zamanı onlarla terrorçunun məhv edildiyini deyib.

Bir çox ərəb mediası İraqın desant qüvvələrinin Tikritə qarşı dəhşətli bir hücum hazırladığını iki gün əvvəl bildirmişdi.

Əməliyyatın isə dünən günortadan sonra başladığı qeyd edilir.

Bu arada bəzi Türk mediası İŞİD terrorçularının öldürülməsi xəbərini təhrif edərək “Maliki qüvvələri sünniləri edam etdi” kimi başlıqla xəbərlər yayımlayıblar.

Qeyd edək ki, İraq ordusu son günlər İŞİD-ə qarşı amansız hücumlara başlayıb.

Musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm