İraq ordusu İŞİD-i Tikritdən qovdu - Video - Yenilənib
Bizi izləyin

Dünya

İraq ordusu İŞİD-i Tikritdən qovdu - Video - Yenilənib

İraq Ordusu ölkənin Tikrit şəhərini İŞİD terrorçularından təmizləyib.Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Salahaddin əyalətinin valisi Əhməd Abdullah əl-Cuburi məlumat verib. Onun sözlərinə görə havadan dəstək alan İraq ordusu dörd yandan şəhərə hücum edərək terrorçuları geri çəkilməyə vadar ediblər.

İraq televiziyaları da yaydıqları məlumatda atışma zamanı 60 silahlının məhv edildiyini, valilik binasının ələ keçirildiyi haqqında xəbər yayıblar.

22:04

İraq ordusu Tikrit istiqamətində hücuma keçib.

Publika.az İraq Dövlət televiziyasına istinadən xəbər verir ki, artıq Tikrit İŞİD terrorçularından tamamilə azad olunub.

Yayılan xəbərlərə görə, İraq ordusu Fəlluca istiqamətində də hücuma keçib. Burada gedən döyüşlərdə 7 İŞİD üzvünün öldürüldüyü xəbər verilir.

İraqın Telafer əyalətində isə İŞİD terrorçuları şiələrə məxsus bütün evləri talan edib. Burada xeyli sayda şiə ailəsinin naməlum istiqamətə aparıldığı deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm