Türkiyədə Gülən hərəkatı seçkiyə qatılır
Bizi izləyin

Dünya

Türkiyədə Gülən hərəkatı seçkiyə qatılır

Fətullah Gülən hərəkatının liderlik etdiyi yeni mərkəzçi sağ partiya Haqqa Xidmət Partiyası adını daşıyacaq.

Publika.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, partiyaya ümumi rəhbərliyi isə professor Abdurrahim Qarslı həyata keçirəcək.

Yeni yaradılacaq partiyada AKP-dən istefa vermiş 8 millət vəkilinin də yer alacağı gözlənilir. Hərəkat partiyanın seçkilərə qatıla bilməsi üçün Gənc Partiyanın təmsilşiləri ilə təmaslar qurub. Hələ ki, bu partiyanın adı və çətiri altında seçkiyə getməyi planlaşdıran Gülən camaatı yaratdıqları siyasi təşkilatın qeydiyyatı üçün yaxın günlərdə rəsmi müraciət də edəcək.

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm