Dəhşətli təyyarə qəzası - 157 nəfər həlak oldu - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Dəhşətli təyyarə qəzası - 157 nəfər həlak oldu - YENİLƏNDİ

Efiopiyada “Boeing 737” təyyarəsi qəzaya uğraması nəticəsində 33 ölkədən 149 sərnişin və səkkiz ekipaj üzüvünün hamısı həlak olub.

Publika.az xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb.

Qeyd edək ki, hadisə Keniyanın Nayrobi şəhərinə uçuş zamanı baş verib. İlkin məlumatda təyyarədə 149 sərnişin və 8 ekipaj üzvü olub.

*****

12:50

Efiopiyada sərnişin təyyarəsi qəzaya uğrayıb.

Publika.az CNN-ə istinadən xəbər verir ki, Efiopiya Hava Yollarına aid olan və Keniyanın paytaxtı Nayrobiyə uçan sərnişin təyyarəsi radarlardan itib. Təyyarənin qəzaya uğradığı məlum olub.

Qəzaya uğrayan təyyarənni göyərtəsində 149 sərnişin və 8 ekipaj üzvü olub. Onlar barədə hələlik dəqiq məlumat yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm