• USD 1,7000 0,00% EUR 2,0390 -1,10%
    • GBP 2,3789 -0,67% RUB 0,0235 -0,43%

ABŞ və Hindistandan ortaq nüvə qərarı - 11 il sonra

  • Dünya
  • 14 Mart 2019 17:16
  • 561 Baxış
ABŞ və Hindistandan ortaq nüvə qərarı - 11 il sonra

ABŞ Hindistanda 6 nüvə enerji stansiyası quracaq.

Publika.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı informasiya yayıb.

Məlumatda deyilir ki, Vaşinqtonda keçirilən Hindistan-ABŞ Strateji Təhlükəsizlik Dialoqu toplantısının ardınca ortaq açıqlama verilib. İki ölkənin nümayəndələrinin qlobal təhlükəsizlik və mülki nüvə enerjisi mövzusundakı əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində razılığa gəldiyini bildirilib.

Qeyd edək ki, sözügedən ölkələr 11 il öncə nüvə enerjisi üzrə əməkdaşlıqla bağlı müqavilə imzalamışdı.

Hindistan bundan başqa, Fransa, Rusiya, Kanada, Argentina, Avstraliya, Şri Lanka, İngiltərə, Yaponiya, Vyetnam, Banqladeş, Qazaxıstan ve Cənubi Koreya nüvə razılaşması əldə edib.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR