
Ukraynanın Donetsk vilayətində separatçıların saxladıqları daha
4 ATƏT müşahidəçisi azad edilib.
Publik.az-ın məlumatına görə, bir gün əvvəl müşahidəçilərdən daha
biri azad olunmuşdu.
ATƏT mayın sonunda Ukraynanın şərqində separatçılar tərəfindən
girov götürülmüş müşahidəçilərin azad olunduğunu təsdiq edib.
Ukraynanın şərqində vəziyyət gərgin olaraq qalır.