Türkiyənin xarici işlər naziri və prezident köməkçisi Yeni Zelandiyaya getdi
Bizi izləyin

Dünya

Türkiyənin xarici işlər naziri və prezident köməkçisi Yeni Zelandiyaya getdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və prezident köməkçisi Fuad Oktay Yeni Zelandiyaya səfər edib.

Publika.az xəbər verir ki, rəsmilər iki məsciddə müsəlmanlara qarşı törədilən teraktın olduğu Kraystçerç şəhərinə gedib.

Xarici işlər naziri hücumun gerçəkləşdiyi bölgə ilə tanış olacaq və araşdırma aparacaq.

Yeni Zelandiyanın baş naziri bu səfərdən məmnunluqlarını dilə gətirib.

Qeyd edək ki, 15 mart tarixində baş verən hadisə nəticəsində 51 nəfər ölüb, 50 yaralı var.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm