İndoneziyada sel fəlakəti: 50 nəfər öldü, 59 yaralı var
Bizi izləyin

Dünya

İndoneziyada sel fəlakəti: 50 nəfər öldü, 59 yaralı var

İndoneziyanın Papua əyalətində sel fəlakəti meydana gəlib.

Publika.az xəbər verir ki, şiddətli yağışlardan sonra meydana gələn fəlakət nəticəsində ən az 50 nəfər həlak olub.

Yaralanan 59 nəfər təcili xəstəxanalara yerləşdirilib. İlkin məlumata görə, itkin düşənlər də var. Onların xilas edilməsi üçün axtarış-xilasetmə qrupları fasiləsiz olaraq işləyir.

Musson yağışlarının təsirində olan və tropik bölgədə yerləşən İndoneziyada tez-tez su basqınları və torpaq sürüşmələri meydana gəlir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm