Pakistan-Hindistan gərginliyi: Sərhədə raketlər yerləşdirildi
Bizi izləyin

Dünya

Pakistan-Hindistan gərginliyi: Sərhədə raketlər yerləşdirildi

Pakistan Hindistanla sərhəddə yerləşən hərbi bazalarda yaxın mənzilli hava hücumundan müdafiə sistemləri quraşdırıb.

Axar.az xəbər verir ki, bu sistemlərin quraşdırılmasından əsas məqsəd Hindistanın mümkün hava hücumlarının qarşısını almaq və zərərsizləşdirməkdən ibarətdir.

Bildirilir ki, Hindistanla sərhəddə beş LY-80 (HQ-16) zenit-raket kompleksi və IBIS-150 radiolokasiya nəzarət batareyası yerləşdirilib ki, bu da uzun məsafədə hava hədəflərini müəyyən etmək və zərərsizləşdirmək gücünə malikdir.

Bundan başqa, Pakistan hərbçiləri Hindistan tərəfdən potensial hücumları nəzarətdə saxlamaq və zərərsizləşdirmək üçün Kəşmir nəzarət xətti boyunca sərhəddə Çinin “Göy qurşağı” CH-4 və CH-5 pilotsuz uçuş aparatlarını da yerləşdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm