Lavrovla Çavuşoğlu görüşəcək - Əliyevlə eyni gündə
Bizi izləyin

Dünya

Lavrovla Çavuşoğlu görüşəcək - Əliyevlə eyni gündə

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Publika.az xəbər verir ki, nazirlər 29 martda Antalyada bir araya gələcək.

Çavuşoğlu və Lavrov Türkiyə-Rusiya Ali Səviyyəli Əməkdaşlıq Şurasının Ortaq Strateji Planlaşdırma Qrupunun 7-ci toplantısına rəhbərlik edəcək. Toplantıda Rusiya ilə Türkiyə arasındakı münasibətlərlə yanaşı, regional və beynəlxalq hadisələr haqqında müzakirələr aparılacaq.

Qeyd edək ki, həmin tarixdə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan da ilk dəfə rəsmi görüş keçirəcək.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya lideri Vladimir Putinin 8 apreldə görüşü gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm