Əlcəzair prezidenti istefa verdi - FOTO
Bizi izləyin

Dünya

Əlcəzair prezidenti istefa verdi - FOTO

Əlcəzair prezidenti Əbdüləziz Buteflika istefa verib.

Publika.az xəbər verir ki, istefa məktubunu Konsitutsiya Məhkəməsinə təqdim edən prezident ölkədə baş verə biləcək dəhşətli hadisələrin qarşısını almaq üçün bu addımı atdığını deyib. O, məktubunu məhkəməyə təqdim etmək üçün əlil arabasında gəlib.

Qeyd edək ki, Əbdüləziz Buteflika 20 ildir ki, Əlcəzairin prezidenti idi. Onun səlahiyyət müddəti bu ilin 29 aprelində başa çatacaqdı.

Xatırladaq ki, bir müddətdir Əlcəzairdə 82 yaşlı prezidentin istefasını tələb edən xalq küçələrə axışıb. 4 dövr prezident seçilən Buteflika səhhətində ciddi sağlamlıq problemləri olmasına rəğmən, bu il keçiriləcək prezident seçkilərində də namizəd olacağını açıqlamışdı. Onun bu qərarı xalq arasında qəzəb doğurmuşdu. Sərt reaksiyalara tab gətirməyən prezident namizədliyini geri çəkdiyini, prezident seçkilərinin təxirə salındığını və hökumətdə genişmiqyaslı islahatlar aparacağını bildirmişdi.

Prezidentin bugünkü istefasından məmnun olan xalq bunu küçələrdə bayram kimi qeyd edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm