Ermənistan yeni tərəfdaşını Afrikada tapdı - - FOTOLAR
Bizi izləyin

Dünya

Ermənistan yeni tərəfdaşını Afrikada tapdı - - FOTOLAR

Sosial və iqtisadi problemlərin içində boğulan Ermənistan yeni tərəfdaş axtarışına çıxıb.

Publika.az xəbər verir ki, işğalçı ölkənin növbəti hədəfi Efiopiyadır.

“Ermənistan Efiopiya ilə əməkdaşlıq potensialının aşkarlanmasına böyük əhəmiyyət verir”. Bu sözləri çərşənbə günü Efiopiyanın innovasiya və texnologiya naziri ilə görüşündən sonra Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan jurnalistlərə bildirib. Nazir qeyd edib ki, Efiopiya ilə təcrübələrini bölüşməyə hazırdırlar. Onlar Efiopiyanın güclü potensialının fərqindədirlər.

Sözügedən görüşdə Ermənistan və Efiopiya arasında innovasiya və yaradıcı təhsilin inkişafı ilə bağlı memorandum imzalanıb.

Efiopiya haradır?

Federal Demokratik Respublika idarəetmə quruluşuna malik olan Efipopiya Şimali Afrika ölkəsidir. Paytaxtı Əddis-Əbəbə şəhəridir. Qədimdə İslam mənbələrində Həbəşistan (Kölələr ölkəsi), qərbdə isə Abissiniya adları ilə tanınıb. Efiopiyada 82 dildə danışan müxtəlif xalq və tayfa yaşayır. Əhalisinin 50%-i miafizit xristian, 32%-i isə müsəlmandır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm