Dünya
İtaliya bankı Almaniya bankını almaq istəyir
İtaliyanın “UniCredit” bankı Almaniyanın “Commerzbank”nı almaq istəyir.
Bununla bağlı təklif yalnız “Commerzbank” ilə “Deutsche Bank” arasındakı danışıqlar nəticəsiz qalacağı təqdirdə, irəli sürüləcək.
Məlumata görə, “UniCredit” “Commerzbank”ı aldıqdan sonra onu bir qədər əvvəl səhmlərini əldə etdiyi Almaniyanın “Hypo Vereinsbank” bankı ilə birləşdirmək barədə düşünür.
“UniCredit”in “Commerzbank”a müştəri düşməsi barədə xəbərlər “Deutsche Bank”la gözlənilən oxşar sövdələşmənin dalana dirənməsilə üst-üstə düşüb. Ötən gün “Reuters” agentliyi Almaniya hökumətinin “Commerzbank”dakı payını sözügedən sövdələşmədən əvvəl satacağı təqdirdə, 4 milyard dollara yaxın zərərə düşəcəyini yazıb. Bundan başqa, 10 milyard avroya qədər əlavə vəsait cəlb etməsi gözlənilən bu sövdələşməyə dövlət vəsaitlərini cəlb etmək istiqamətində hər hansı cəhdlərin bundestaq tərəfindən əngəllənəcəyi deputatlar tərəfindən maliyyə naziri Olaf Şoltza bildirilib. Qarşıdakı çərşənbə axşamı “Commerzbank”ın İdarə Heyətinin “Deutsche Bank”la danışıqları davam etdirib-etdirməmək barədə qərar verəcəyi gözlənilir./report
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO