Dünya
Hitleri təbliğ edən qazax baş redaktor cərimə edildi
Qazaxıstanda Alma-Ata məhkəməsi Adolf Hitleri öz jurnalında təbliğ edən baş redaktora külli miqdarda cərimə hökmü çıxarılıb.
Publika az. Tengrinews.kz agentliyinə istinadən məlumat verir ki, “Anız adam” (“Əfsanə adam”) jurnalının baş redaktoru Jarılkap Kalıbay müharibə veteranlarının şikayəti əsasında məhkəməyə verilib.
Belə ki, baş redaktor jurnalın aprel nömrəsini Adolf Hitlerin anadan olmasının 125 illiyinə həsr edib. Kalıbay “Hitler faşist deyil” başlıqlı məqaləsində nasional-sosializmi aşkar dəstəkləyib.
Jurnalın çapından sonra ölkədə qalmaqal qopub. Hətta Xarici
İşlər Nazirliyi belə bəyanat verərək bu məzmunda məqalələrin
dərcini yolverilməz sayıb.
İkinci Dünya və Əfqanıstan müharibəsi veteranları, Çernobıl
əlilləri jurnalın nüsxələrini yandıraraq baş redaktorun həbsini
tələb ediblər.
Məhkəmə Jarılkap Kalıbayı 13 milyon tenge (70 min dollar)
cərimələyib. Baş redaktor isə qətnamə ilə razı deyil və apelyasiya
şikayəti vermək niyyətindədir.
O həmçinin bildirib ki, Hitler haqda yazmaqla belə şəxslərin nə
qədər təhlükəli olduğunu qabardıb. Baş redaktor yazıda sətiraltı
Putinə, onun siyasətinin Qazaxıstan üçün təhlükəli olduğuna işarə
etdiyini deyib.
İlqar
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO