Şotlandlara müraciət: "Putinin acığına ayrılmayın"
Bizi izləyin

Dünya

Şotlandlara müraciət: "Putinin acığına ayrılmayın"

Britaniyanın təhsil naziri Maykl Kouv Rusiya prezidenti Vladimir Putinin “acığına” “Şotlandiyanın krallıqdan ayırılmamasına səs verməyə çağırıb.

Publika.az-ın İngiltərədə çıxan “Teleqraf” qəzetinə istinadən məlumatına görə, nazir bildirib ki, əgər Britaniyanın parçalanması dünyaya təsir etmək üçün Putinin “mövqeyini daha da gücləndirir”.

Şotlandiyanın Edinburq şəhərində anadan olan Kouv referendumda Şotlandiyanın Britaniya tərkibində qalmasına səs verməyə çağırıb. Onun sözlərinə görə, krallığın parçalanmasını rəqibləri Qərbin müdafiəsinin zəifləməsi kimi qəbul edər.

Bir müddət öncə Britaniyanın baş naziri Devid Kemeron şotlandlara müstəqilliyə qarşı səs verməyi təbliğ edərək, bildirmişdi ki, krallığın birliyi həm Britaniya, həm də Şotlandiyaya “böyük enerji” verər, onları “güclü, təhlükəsiz, müdafiəli, uğurlu” edər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm