Slavyanskda atışma: 1 ölü, çoxsaylı yaralı
Bizi izləyin

Dünya

Slavyanskda atışma: 1 ölü, çoxsaylı yaralı

Ukraynanın şərqində atəşkəsin elan olunmasına baxmayaraq, tərəflər arasında atışmalar davam etməkdədir.

ANS TV-nin məlumatına görə, bu gün də Ukrayna ordusu və Milli Qvardiyanın mənsubları Slavyansk şəhərində rusiyayönümlü üsyançıların mövqelərini artilleriya atəşinə tutub. Şiddətli atəş nəticəsində şəhərdə bir çox bina dağıdılıb.

Yerli sakin Valentina Omelyançukun sözlərinə görə, bütün gecə biz zirzəmidə oturmuşuq: “Mənzilimiz səhər saat 6-7 arası vuruldu. Gecə baş verənlər dəhşət idi, ev sahibləri şok içərisindədir”.

Son məlumatlara görə, atışmada bir qadın həlak olub. Çoxlu sayda yaralı var. Atəşkəs rejiminin pozulmasında, həm rəsmi Kiyev, həm də üsyançılar bir-birini ittiham edir. Ötən həftə elan olunan atəşkəsin müddəti bu gün saat 23-də başa çatır. Avropa Birliyi təyin olunan vaxtda Ukraynanın şərqində sabitliyin bərqərar olunmayacağı təqdirdə üsyançıları dəstəkləyən Rüsiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağını bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm