Yarış avtomobili tamaşaçılara çırpıldı - Yaralılar var
Bizi izləyin

Dünya

Yarış avtomobili tamaşaçılara çırpıldı - Yaralılar var

İsveçin Rimnu şəhərində yarış avtomobili trasdan çıxaraq tamaşaçılara çırpılıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

"İki nəfər orta dərəcəli, 3 nəfər isə ağır dərəcəli xəsarətlər alıb. Yaralananlardan biri xəstəxanaya helikopter vasitəsi ilə göndərilib", - deyə Stokholm polisinin nümayəndəsi bildirib.

Qeyd olunur ki, hadisə nəticəsində avtomobil sürücüsü xəsarət almayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm