Əfqanıstanda partlayış: Ölənlər var
Bizi izləyin

Dünya

Əfqanıstanda partlayış: Ölənlər var

Əfqanıstanın paytaxtı Kabil şəhərində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi binası yaxınlığında partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyinin nümayəndəsi Nasrat Rahimi danışıb.

Rahiminin sözlərinə görə, partlayışdan sonra atəş səsləri eşidilib.

İnformasiya Nazirliyinin binasına silahlı hücum nəticəsində ən azı 7 nəfərin öldüyü bildirilir.

Binaya hücum edən silahlı qruplaşma ilə mühafizə xidməti əsgərlərinin atışması nəticəsində ölənlərin dördü mülki şəxs, üçü isə hərbçilərdir. Hökumət mənbələri bu terror aktında “Taliban”ı ittiham etsələr də, hərəkatın sözçüsü bunu təkzib edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm