Kilsə və otellərdə partlayışlar törədildi - 100-dən çox ölən var
Bizi izləyin

Dünya

Kilsə və otellərdə partlayışlar törədildi - 100-dən çox ölən var

Şri-Lankanın paytaxtı Kolomboda yerləşən kilsə və hotellərdə törədilən partlayışlar zamanı ölən və yaralananların sayı artıb.

Publika.az xəbər verir ki, hücumlarda ən az 100 nəfər ölüb, 400 yaralı var.

Xristianların müqəddəs Pasxa bayramı günü 3 kilsə və 3 lüks hoteldə törədilən terror aktının məsuliyyətini hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Şri-Lanka ordusunun separatçı Tamil Aslanları təşkilatının məğlubiyyətini elan etməsi ilə vətəndaş müharibəsinin başa çatdığı 19 may 2009-cu ildən bəri ölkədə bu qədər böyük miqyasda hücum yaşanmamışdı. Hücumların səbəbi hələ ki, bəlli deyil. Lakin polisə partlayışlardan öncə kamikadze hücumları olacağı ilə bağlı xəbərdarlıq edilib.

Zümrüd

****

09-49

Şri-Lankanın paytaxtı Kolomboda kilsə və otellərdə partlayışlar törədilib

Publika.az xəbər verir ki, partlayışlar nəticəsində 42 nəfər həyatını itirib, yaralılar var.

Yaralılar xəstəxanalara yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm