800 xristian Yeni Zelandiyadakı olaya görə öldürüldü? - Müdafiə nazirindən açıqlama
Bizi izləyin

Dünya

800 xristian Yeni Zelandiyadakı olaya görə öldürüldü? - Müdafiə nazirindən açıqlama

“Partlayışlar Yeni Zelandiyada məscidlərdə törədilən terakta cavab idi”.

Publika.az xəbər verir ki, bunu Şri-Lankanın müdafiə naziri Dinendra Ruvan Vicevarden deyib.

Nazir parlamentdə təşkil edilən müzakirədə 21 aprel – Pasxa bayramı günündə 3 kilsə və 3 hoteldə gerçəkəşdirilən terror aktına münasibət bildirib. Onun sözlərinə görə, bu terror aktları müsəlmanların intiqamını almaq üçün təşkil olunub.

Qeyd edək ki, sözügedən terror aktının məsuliyyətini hələ ki, heç bir qruplaşma rəsmi şəkildə öz üzərinə götürməyib. Lakin hökumət islamçı terror təşkilatı olan “Milli Tövhid Cəmiyyəti”nin bu işdə əli ola biləcəyini deyir. Lakin təşkilatın beynəlxalq dəstək olmadan bu qədər geniş hücum təşkil edə biləcəyinə də şübhə edilir.

Xatırladaq ki, sözügedən hadisə zamanı 310 nəfər ölüb, 500 nəfər yaralanıb.

Yeni Zelandiyanın Kraysçörç şəhərində cümə namazı zamanı iki məscidə təşkil edilən silahlı hücum nəticəsində isə 50 nəfər ölmüşdü.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm