AKP prezident seçkisinə namizədini açıqladı
Bizi izləyin

Dünya

AKP prezident seçkisinə namizədini açıqladı

Hakim partiyanın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğandır.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, təxminən 4 min AKP-çinin qatıldğı toplantıda partiyanın prezidentliyə namizədinin baş nazir R.T.Ərdoğan olduğu açıqlanıb. AKP funksioneri Məhmət Əli Şahin deyib:

“Bilirsiniz ki, bir şəxsin prezidentliyə namizəd verilməsi üçün, ən azı, 20 millət vəkilinin imzası olmalıdır. Biz partiyamızda bütün millət vəkillərimizin imzasını yığdıq. Bəli, bütün millət vəkillərimizin. İmzalarımızla prezidentliyə namizədimizi təyin etdik və əziz millətimizin təqdirinə təqdim etməyə qərar verdik. Türkiyə Respublikasının 12-ci prezidentliyə namizədi sədrimiz, baş nazirimiz, İstanbul millət vəkili Tayyib Ərdoğandır. Namizədimizin xeyirli-uğurlu olmasını diləyirəm”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm