Qorbaçov: ABŞ və Rusiya təhlükəli yoldadır
Bizi izləyin

Dünya

Qorbaçov: ABŞ və Rusiya təhlükəli yoldadır

Rusiya və ABŞ strateji dialoq yaratmalıdır, çünki nüvə silahı sülhü qorumur, əksinə onu təhlükəyə atır.

Bu fikirləri SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov bildirib.

Keçmiş prezident "Wall Street Journal" qəzetinə deyib ki, hər iki dövlət təhlükəli yoldadır: "Bu gün ABŞ və Rusiya təhlükəli yoldadır. Onlar dayanmalı və düşünməlidirlər. Soyuq müharibə veteranları artıq danışıb qurtarıblar. İndi bizim ölkələrin liderlərinin söz demək zamanıdır". (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm