Putin söz-söhbətə son qoydu: “Ermənistan tamhüquqlu üzv olacaq”
Bizi izləyin

Dünya

Putin söz-söhbətə son qoydu: “Ermənistan tamhüquqlu üzv olacaq”

Avrasiya İqtisadi Birliyinin məqsədi özünü dünyadan təcrid etmək deyil.

Axar.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin səfir və daimi nümayəndələrlə görüşü zamanı deyib.

“Avrasiya inteqrasiya layihəsini genişləndirməklə biz özümüzü dünyadan təcrid etmək istəmirik. Digər ölkələrlə azad ticarət zonasının yaradılması perspektivlərini müzakirə etməyə hazırıq”, - deyə Putin bildirib.

Prezidentin sözlərinə görə, Avrasiya İqtisadi Birliyi MDB-dəki tərəfdaşlarının marağına səbəb olub:

“Çox yaxın müddətdə Ermənistan tamhüquqlu üzv olacaq. Qırğızıstanla da danışıqlar davam edir. Bizim qapılarımız MDB-nin digər ölkələri üçün açıqdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm