İran Avrasiya İttifaqına qoşulur - İddia
Bizi izləyin

Dünya

İran Avrasiya İttifaqına qoşulur - İddia

İran Avrasiya İttifaqına qoşulmağa hazırlaşır.

Axar.az xəbər verir ki, bu fikirlə bağlı İranın Rusiyadakı səfiri Mehdi Sanayi çıxış edib.

Son statistika göstərir ki, İranla Rusiya arasında ticarət dövriyyəsi 160 faiz artıb. Bunun nəticəsidir ki, İranda yeyinti məhsullarının üzərinə rus dilində qeydlər yazılır.

İran bazarlarında meyvə, su və digər qida məhsullarının üzərində rusca qeydlərə rast gəlinir. Rəsmi Tehran Rusiya ilə iqtisadi əlaqələri möhkəmləndirmək, yaxınlaşdırmaqda maraqlıdır. Eləcə də Rusiya hökuməti yeyini məhsullarının ölkəyə idxalında Azərbaycandansa İranı seçməyə başlayıb.


Məsələn, Azərbaycan Rusiyaya gilasın 1 kiloqramını 4 manata satdığı halda, İran bu məhsulu 1 manat 50 qəpiyə təklif edir. Ticarət dövriyyəsinin genişlənməsi İranın Avrasiya İttifaqına qoşulmaq istəklərini artırıb.
“İran yeni yaradılmış Avrasiya İttifaqı ilə əməkdaşlığa hazırdır və buna xüsusi maraq göstərir” - bu bəyanatla İranın Rusiyadakı səfiri Mehdi Sanayi çıxış edib. O bildirib ki, rəsmi Tehranın Rusiya başda olmaqla Avrasiya İttifaqına digər üzv dövlətlərlə münasibətləri, əlaqələri yaxşıdır və bundan sonra bu əməkdaşlıq daha da dərinləşəcək:

“Bizim üçün Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əməkdaşlıq xüsusi önəm daşıyır”.


M.Sanayi Azərbaycan vasitəsilə İran və Rusiyanı birləşdirən dəmir yolu xətti tikintisinin tezliklə başa çatacağını da bildirib. Əlavə olaraq deyək ki, dəmir yol tikintisi neçə vaxtdır ki, yubanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm