Azərbaycanlı milyonçunun yaxtası İspaniya sahillərində - FOTO
Bizi izləyin

Dünya

Azərbaycanlı milyonçunun yaxtası İspaniya sahillərində - FOTO

“Forbes” jurnalının rus versiyası “Vesselfinder” portalının məlumatları əsasında rusiyalı milyarder-oliqarxların yaxtalarının hərəkətini izləyib.

Virtualaz.org xəbər verir ki, gəmi-naviqasiya məlumatları əsasında milyarder Roman Abramoviçin “Eclipse” yaxtasının aprelin 30-da Fransanın Lacivərdi sahillərinə yan aldığı məlum olub.

Həmin yerdə, Nittsada digər rusiyalı oliqarx, “Magnit” şəbəkəsinin sahibi Sergey Qalitskinin “Quantum Blue” yaxtası da lövbər salıb.

Milyarder Oleq Deripaskanın “Queen K” adlı yaxtası isə Albaniya sahillərində, Saranda adlı yerdə görünüb. Azərbaycanlı milyarder, “Lukoil” şirkətinin sahibi Vahid Ələkbərovun “Galactica Super Nova” adlı yaxtası isə həmin tarixdə İspaniyanın Barselona limanına yan alıb.

“FosAqro” şirkətlər qrupunun sahibi Andrey Quryevin “Alfa Nero” adlı yaxtası isə İspaniyanın Vilanovo şəhərinin sahillərində görünüb. Digər rusiyalı oliqarx Aleksey Mordaşovun “Lady M” adlı yaxtası isə Türkiyənin Datça şəhəri sahillərində lövbər salıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm