İŞİD-dən “intiqam” əmri
Bizi izləyin

Dünya

İŞİD-dən “intiqam” əmri

İraqı qan gölünə çevirmiş “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlı qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi internetdə yayılan yeni səs yazısı ilə cihada çağırıb.

ANS PRESS-in məlumatına görə, bu günlərdə adını "İslam Dövləti"nə dəyişdirən və Əl-Bağdadini xəlifə elan edən təşkilat yeni bir açıqlama verib. İnternetdə yayılan səs yazısında Əl-Bağdadi dünyadakı bütün müsəlmanları "İslam Dövləti"nə köç etməyə çağırıb: "İslamın evinə gəlmək fərzdir", - deyə bildirib.

Əl-Bağdadi həm də İŞİD yaraqlılarını bütün dünyada müsəlmanlara qarşı edilən səhvlərin intiqamının almağa çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm