Hava zərbələrindən 1000 terrorçu öldürüldü
Bizi izləyin

Dünya

Hava zərbələrindən 1000 terrorçu öldürüldü

Ukrayna ordusunun Kramatorskda apardığı anti-terror əməliyyatları nəticəsində separatçıların ciddi itkilərə məruz qaldığı müəyyənləşib.

Axar.az-ın Ukrayna mediasına istinadən xəbərinə görə, aidiyyəti qurumlar Ukrayna qırıcılarının havadan davamlı zərbələri nəticəsində minə yaxın separatçının məhv edildiyini açıqlayıblar. Qərargahdan bildirilib ki, zərbələrə qədər həmin bölgədə terrorçuların sayı 1,5 min nəfər civarında olub. Öldürülənlərin sayının 800-1000 nəfər arasında olduğu təxmin edilir.

Ukraynanın müvafiq qurumunun təmsilçilərinin açıqlamasına görə, hazırda öldürülən terrorçuların sayının dəqiqləşdirilməsi prosesi gedir. Digərləri isə hadisə yerindən qaçmağa müvəffəq olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm