Ukrayna ordusu bütün istiqamətlərdən hücuma keçdi - Son dəqiqə
Bizi izləyin

Dünya

Ukrayna ordusu bütün istiqamətlərdən hücuma keçdi - Son dəqiqə

Anti-terror əməliyyatlarının bərpasının ilk gecəsindən etibarən Ukrayna ordusu terrorçulara qarşı müxtəlif istiqamətlərdən hücuma keçib.

Axar.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, separatçıların Donbas vilayətinin şimalındakı - Kramatorsk, Yampol və Slavyanskdakı mövqeləri sürəkli atəşə tutulub və hücumun birinci mərhələsi ciddi nəticələr verib. Şahidlərin sözlərinə görə, hücum prosesində artilleriya qurğuları və digər bu tip silahlardan istifadə edilib.

Ukraynanın Müdafiə Nazirliyi və digər aidiyyəti strukturları əməliyyatların mümkün qədər qapalı şəkildə həyata keçirilməsinə qərar veriblər. Onların qənaətinə görə, istənilən əlavə informasiyanın sızması əməliyyatların aparılmasında müəyyən problemlər yarada bilər. Çünki proses indi də davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm