Lavrov-Pompeo görüşü başladı - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Lavrov-Pompeo görüşü başladı - (YENİLƏNDİ)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Mayk Pompeo ilə görüşdən öncə açıqlama verib:

“Həm dərhal tədbir görülməsi, həm də uzunmüddətli sistematik həll yolu tapılması kimi vacib olan problemlərimiz var. Strateji təhlükəsizliyi təmin etmək sahəsindəki durum, terrorla mübarizədə daha faydalı iş görmək və dünyanın müxtəlif bölgələrindəki əhəmiyyətli böhranlara həll tapmaq bunların arasındadır. Qarşılıqlı sərt davranış iki ölkənin təhlükəsizliyinə qarşı riskləri artırır və beynəlxalq toplumda təşviş yaradır”- Lavrov bildirib.

***

16:47

Rusiya xarici işlər naziri Sergey Lavrov Soçidə ABŞ-ın dövlət katibi Mayk Pompeonu qəbul edib.

Publika.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, tərksilah və təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Zirvədən sonra xarici siyasət qurumlarının başçıları Rusiya Prezidenti Vladimir Putininin qonağı olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm