Müharibə çağırışı: “Başımızı qumun altında saxlaya bilmərik”
Bizi izləyin

Dünya

Müharibə çağırışı: “Başımızı qumun altında saxlaya bilmərik”

İsrail 2002-ci ildə Qərbi Şeriada həyata keçirilən “Müdafiə qalxanı” əməliyyatının bənzərinin Qəzzada təşkil edilməsinə çağırış edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, belə bir çağırışla İsrail xarici işlər naziri Aviqdor Liberman çıxış edib.

Liberman Qəzzadan atılan raket hücumları ilə 3 yəhudi gəncin öldürülməsi arasında əlaqənin olduğunu bildirib. “Müdafiə qalxanı-2” əməliyyatını keçirmək lazımdır. Ancaq əməliyyat bu dəfə Qəzzada həyata keçirilməlidir. Başımızı qumun altında saxlaya bilmərik”, - Liberman qeyd edib.

Xatırladaq ki, keçmiş baş nazirlərdən Ariel Şaronun dövründə təşkil edilən “Müdafiə qalxanı” əməliyyatında 29 İsrail əsgəri ölmüş, 200-dən çox fələstinli həyatını itirmişdi. Təxminən 5 min fələstinlinin əsir alındığı əməliyyat İsrailin 1967-ci il iyundan indiyə kimi Qərb Şeriada təşkil etdiyi ən qanlı hücum sayılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm