• USD 1,7000 0,00% EUR 1,8970 +0,04%
    • GBP 2,1628 -0,09% RUB 0,0264 +0,38%

Feysbukdan RADİKAL ADDIM - Bu xidmət qadağan olundu

  • Dünya
  • 15 May 2019 18:06
  • 588 Baxış
Feysbukdan RADİKAL ADDIM - Bu xidmət qadağan olundu

Feysbuk canlı yayım açmağı qadağan edəcək.

Publika.az xəbər verir ki, qadağa ictimai qaydaları kobud şəkildə pozan canlı yayımlara aiddir.

CNET texnologiya saytının xəbərinə görə, şirkət mart ayında Yeni Zelandiyadakı məscidlərdə gerçəkləşdirilən qətliamdan sonra bu qərarı verib. 51 nəfərin vəhşicəsinə öldürüldüyü həmin qətliamda cinayətkar əməllərini canlı yayım açmaqla bütün dünyaya nümayiş etdirmişdi.

Şirkətin nümayəndəsi Qay Rozen şəxsi bloqunda dərc etdiyi məqalədə bildirib ki, canlı yayım etməsi əngəllənən şəxslər Feysbukun rekalam qoymaq xidmətlərindən də istifadə edə bilməyəcək. Qadağa bu gündən etibarən qüvvəyə minəcək.

Feysbuk video və canlı yayımlardan mənfi məqsədlərlə istifadə edənləri bloklamaq məqsədilə 7,5 milyon dollar dəyərində yeni texnologiya quracaq.

Zümrüd

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR