• USD 1,7000 0,00% EUR 1,8766 -0,24%
    • GBP 2,1213 -0,07% RUB 0,0264 0,00%

15 ölkə ortaq valyuta yaradır - 2020-ci ildə təsdiq ediləcək

  • Dünya
  • 19 May 2019 15:06
  • 2 773 Baxış
15 ölkə ortaq valyuta yaradır - 2020-ci ildə təsdiq ediləcək

Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) üzvü olan ölkələr ortaq valyutadan istifadə üçün hərəkətə keçib.

Publika.az xəbər verir ki, Ortaq Valyuta Komissiyasının sədri Jan-Klod Brou üzv ölkələr arasında ortaq valyutadan istifadəyə keçid məqsədilə hazırlanan ilkin layihələrlə bağlı iyun ayında genişmiqyaslı toplantı keçiriləcəyini deyib.

“Toplantıya üzv ölkələrin Mərkəzi Bank sədrləri, İqtisadiyyat və Maliyyə nazirləri ilə bölgədə fəaliyyət göstərən firmalar qatılacaq. Bu valyuta ortaq bazar və rahat səyahət baxımından da əhəmiyyətli olacaq”-, sədr qeyd edib.

Ortaq valyuta sisteminin 2020-ci ildə üzv ölkələrin dövlət başçıları tərəfindən təsdiq olunması gözlənilir.

Qeyd edək ki, ECOWAS 1975-ci ildə 15 Qərbi Afrika ölkəsi tərəfindən bölgədə iqtisadi inteqrasiyanı inkişaf etdirmək məqsədilə yaradılıb. Birliyə Nigeriya, Seneqal, Mali, Toqo, Qvineya, Qana, Qambiya, Fildişi Sahili, Kabo Verde, Liberiya, Burkina Faso, Sierra Leon və Benin daxildir.

Zümrüd

Xəbər lenti

DAHA ÇOX XƏBƏR