“Cinayətkar qruplaşma”ya Poroşenko başçılıq edir – Siyahı
Bizi izləyin

Dünya

“Cinayətkar qruplaşma”ya Poroşenko başçılıq edir – Siyahı

“Luqansk Xalq Respublikası”nın lideri Valeri Bolotov hərbi tribunal verilməli olan Ukrayna rəsmilərinin adını açıqlayıb.

Publika.az-ın rus mediasına istinadən verdiyi məlumata görə, V.Bolotovun mətbuat konfransında açıqladığı siyahıya Ukrayna prezidenti Pyotr Poroşenko başçılıq edir.

Siyahıda həmçinin baş nazir Arseniy Yasenyuk, Ali Rada sədri Aleksandr Turçinov, daxili işlər naziri Arsen Avakov, müdafiə naziri Mixail Koval, Təhlükəsizlik Xidmətinin başçısı Valentina Nalivayçenko, baş prokuror Vitali Yarema, Milli Təhlükəsizlik Şurasının katibi Andrey Parubiy, milyarder və Dneprepetrovsk vilayətinin qubernatoru İqor Kolomoyski, “Sağ sektor” təşkilatının rəhbəri Dmitri Yaroş, “Azadlıq” Partiyasının lideri Oleq Tyaqnibok, Kiyev meri Vitali Kliçko və sabiq xarici işlər naziri Andrey Deşisa yer alıb.

Separatçı qurumun lideri adıçəkilən şəxslərin Ukraynada dövlət çevrilişi həyata keçirdiyini və hazırda “Luqansk Xalq Respublikası” ərazisində hərbi cinayətlər törətdiyini iddia edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm