İŞİD Kərkükə bayraq asdı
Bizi izləyin

Dünya

İŞİD Kərkükə bayraq asdı

İKRR nəzarətində olan Kərkükə sızan İŞİD yaraqlıları “Kəsnəzani Təkkəsi” körpüsünə öz bayraqlarını asıblar.

Publika.az xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyinin (İKRR) nəzarətində olan Kərkükə keçən İraq Şam İslam Dövləti (İŞİD) yaraqlıları “Kəsnəzani Təkkəsi” körpüsünə öz bayraqlarını asıb. Məlumata görə, Kərkükün cənubunda yerləşən “Kəsnəzani Təkkəsi” körpüsünə bu gün səhər saatlarında İŞİD-ə aid bayraq asıldığı görülüb.

Kərküklə Təzəhurmatu nahiyəsinin arasında olan körpüyə bayrağın dünən gecə asıldığı təxmin edilir. Vətəndaşların şikayətindən sonra hüquq-mühafizə orqanları bayrağı asıldığı yerdən götürüblər.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm