Ermənistanın Avrasiya İttifaqına üzv olacağı tarix açıqlandı
Bizi izləyin

Dünya

Ermənistanın Avrasiya İttifaqına üzv olacağı tarix açıqlandı

Ermənistan Avrasiya İttifaqına üzvlük haqqında razılaşmanı oktyabr ayında imzalayacaq.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov “Twitter” səhifəsində yazıb.

Xarici işlər naziri oktyabr ayında Minskdə Avrasiya İqtisadi İttifaqının sammitinin keçiriləcəyini xatırladıb.

Dünən isə Rusiya prezidenti Vladimir Putin Rusiya səfirləri və daimi nümayəndələrlə görüşü zamanı Ermənistanın çox yaxın müddətdə Avrasiya İqtisadi İttifaqına tamhüquqlu üzv olacağını bildirib. Erməni mətbuatı isə V.Putinin bugünkü Minsk səfərində Ermənistanın ittifaqa üzvlüyü haqqında razılaşmanın hazır layihəsinin müzakirə ediləcəyini iddia edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm