SON DƏQİQƏ: ABŞ-la İran arasında görüş başladı
Bizi izləyin

Dünya

SON DƏQİQƏ: ABŞ-la İran arasında görüş başladı

“ABŞ-la İran arasında diplomatik müzakirələr başlandı”.

Publika.az xəbər verir ki, bunu Küveyt Xarici işlər nazirinin müavini Xalid əl-Carullah açıqlayıb.

Müavin bildirib ki, bölgədə artan gərginliyin sona çatması üçün tərəflər (Vaşinqton və Tehran – red.) arasında dialoq və hərəkətlilik yaranıb. Bu çərçivədə son olaraq Oman Xarici işlər naziri Yusif ibn Ələvinin İranda bir sıra görüşlər keçirməsini qeyd edən Carullah bölgədə ağlın və məntiqin qalib gələcəyinə inandıqlarını bildirib. Həmçinin qeyd edib ki, İranın da, ABŞ-ın da müharibəyə meyli yoxdur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm