Müəllimlərə və şagirdlərə oruc tutmaq qadağan edildi
Bizi izləyin

Dünya

Müəllimlərə və şagirdlərə oruc tutmaq qadağan edildi

Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Rayonunda məmurlar, şagirdlər və müəllimlərin oruc tutması rəsmi olaraq qadağan edilib.

ANS PRESS-in məlumatına görə, bölgədəki rəsmi radio stansiyalarından, internet saytlarından elan olunan xəbərdarlıqda "partiya üzvləri, müəllimlər və gənclər Ramazan fəaliyyətlərində iştirak edə bilməz",- deyə bildirilib.

Məlumatlara görə, səlahiyyətlilər insanlar oruc tutmasın deyə gün ərzində pulsuz yemək paylayırlar. Şərqi Türkistan olaraq bilinən Sincan Uyğur Muxtar Rayonunda artan gərginlik və şiddət səbəbiylə il yarım müddətində 200-ə yaxın adamın həlak olduğu təxmin edilir.

Pekin rəhbərliyi ölənlərin tək günahkarı kimi radikal islamçı təşkilatları məsul tutur.

Xaricdəki insan hüquqları təşkilatları isə iddia edirlər ki, uyğurlar üzərində getdikcə artan dini və mədəni təzyiqlər bu cür mənfi hallara gətirib çıxarır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm