"Həmas" İsraili hədələdi
Bizi izləyin

Dünya

"Həmas" İsraili hədələdi

İsraillə Fələstin arasında müharibə yenidən alovlanır.

ANS PRESS-in məlumatına görə, 3 yəhudi gəncin ölümündə "Həmas"ı günahlandıran İsrail hərbi əməliyyatlara başlayıb. Artıq 16 yaşlı fələstinli uşaq qaçırılaraq öldürülüb.

Bunun ardından İsrail ordusu ilə fələstinlilər arasında baş verən atışmada 70 nəfər yaralanıb. Həmçinin 639 nəfər fələstinli saxlanılıb. İsrail ordusu ərəblərin yaşadığı məntəqələrdə əməliyyatlara başlayıb.

Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahu verdiyi açıqlamada "Həmas"ı günahlandıraraq 3 yəhudi gəncin öldürülməsinə sərt cavab veriləcəyini bildirib.

"Həmas" isə bu iddiaları təkzib edərək, bunun İsrailin hərbi əməliyyatlarının başlanılması üçün etdiyi təxribat adlandırıb: "Əgər İsrail döyüş istəyirsə, cəhənnəmin qapıları açıqdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm