Moskvada "DXR"in avtomobilləri aşkar edildi (FOTO)
Bizi izləyin

Dünya

Moskvada "DXR"in avtomobilləri aşkar edildi (FOTO)

Moskva sakini öz həyətində "Donbas xalq ordusu"na məxsus nişanlarla iki avtomobil aşkar edilib.

ANS PRESS-in məlumatına görə, bu haqda o, Facebook səhifəsində xəbər yayıb.

"Bizdə qonşu evin həyətində "Malaya Qruzinskaya" 31-də indi hal-hazırda nömrələri olmayan və "Donbas xalq ordusu" yazıları ilə zirehli inkassator furqonu və "Şevrolet" cipi durur. Maşınlar gediş-gəliş yolumuzu bağlayıb. Təcili yardım maşını zibil yeşiyinin yanında dayanmaqa məcbur oldu. Biz ərimlə polis çağırdıq", - deyə şəhər sakini bildirib.

Onun sözlərinə görə, hadisə yerinə gəlmiş polislər furqonda kaska, güllədeşməz jiletlər, bıçaqlar və rezin kötəklər aşkar ediblər.

Polis əməkdaşlarının və Federal Təhlükəsizlik Xidmətinin müşayiəti ilə evakuator maşınları aparıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm