Dünya
Moskvanın mərkəzində Ramazan çadırı qurulub
Mübarək Ramazan ayı bütün dünyada olduğu kimi,
20 milyondan çox müsəlmanın yaşadığı Rusiyada da böyük coşgu ilə
geyd olunur.
ANS TV-nin mlumatına görə, xalqlar mozaikası
sayılan Rusiyada Ramazan ayında müxtəlif millətlərin
təmsilçilərinin iftar proqramlarında bir araya gəlməsi gözəl bir
ənənəyə çevrilib. Artıq 9-cu ildir ki, Moskvanın Zəfər Parkı
Məscidi yaxınlığında qurulan Ramazan çadırı bu ənənəni yaşadan
başlıca mərkəz halına gəlib. Rus, tatar, özbək, qırğız, çeçen,
azərbaycanlı, bir sözlə onlarla millətin nümayəndələrinin
toplaşdığı Ramazan çadırında dini söhbətlər və ilahilər dinləyən
müsəlmanlar bütün dünyaya qardaşlıq mesajı
verirlər.
Rusiya müftisinin köməkçisi Ruşen Abyasovun
sözlərinə görə, Ramazan ayı, savab işlər görmək, mənəvi zənginlik
qazanmaq ayıdır: ”Burda qurduğumuz Ramazan çadırı isə müsəlmanlar
arasında mənəvi birliyi daha da gücləndirir. Burda keçirilən milli
günlər çərçivəsində isə azərbaycanlılar da daxil müxtəlif xalqlar
burada öz mədəniyətlərini nümayiş etdirirlər”.
Ramazan çadırında toplaşanlar arasında
həmyerlilərimiz də az deyil. Onların ən böyük arzularından biri isə
Moskvada azərbaycanlılar üçün ayrı bir məscid inşa
edilməsidir.
Hər gün minə yaxın müsəlman və qeyri-müsəlmanın
böyük marağına səbəb olan iftar proqramları ilə davam edən Ramazan
çadırı, Ramazan ayının sonunadək fəaliyyət göstərcək. Ramazan
çadırında Azərbaycan günü də keçiriləcək.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ