Dünya
Ukraynada 200 hərbçi ölüb, 619-u yaralanıb
Ukraynada aprelin 15-dən terrorçulara
qarşı başlayan antiterror əməliyyatları zamanı Ukrayna hökümətinin
200 hərbi qulluqçusu ölüb, 619 nəfər isə
yaralanıb.
ANS PRESS-in məlumatına görə, bu haqda bu gün
Kiyevdə keçirilən brifinqdə Milli Təhlükəsizlik və Müdafiə
Şurasının informasiya mərkəzinin nümayəndəsi Andrey Lısenko xəbər
verib.
Lısenko qeyd edib ki, ölənlərdən 150 nəfər Ukrayna
silahlı qüvvələrinin qulluqçusu, 7-si Təhlükəsizlik Xidməti
əməkdaşı, 6-sı sərhədçi, 13-ü Milli qvardiyaçı və 24-ü milis
əməkdaşıdır.
Lısenko həmçinin qeyd edib ki, atəşkəsin
dayandırılmasından sonra ölkənin şərqində keçirilən antiterror
əməliyyatlarında 5 hərbçi ölüb, 31-i isə
yaralanıb.
Qeyd edək ki, 29 Ukrayna hərbçisi Ukraynanın
şərqində əsirlikdədir.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!