Albaniyada zəlzələ - Yüzlərlə binaya zərər dəydi, xəsarət alanlar var
Bizi izləyin

Dünya

Albaniyada zəlzələ - Yüzlərlə binaya zərər dəydi, xəsarət alanlar var

İyunun 1-də Albaniyada iki zəlzələ baş verib.

Trend-in məlumatına görə, ölkənin cənub-şərq bölgəsində baş verən zəlzələlər yüzlərlə binaya zərər vurub.

Daha öncə qeyd edilib ki, zəlzələlər nəticəsində beş nəfər xəsarət alıb, beş binaya zərər vurulub.

Məlumata əsasən, zərər dəymiş binaların yarısını tərk edilmiş tikililər təşkil edib.

Xatırladaq ki, 5,3 bal gücündə olmuş birinci zəlzələnin episentri Albaniyanın Korça şəhərindən 15 kilometr cənub-şərqdə baş verib. Yeraltı təkanların ocağı 14 kilometr dərinlikdə yerləşib. Yeddi dəqiqə sonra ikinci zəlzələ olub. Onun ocağı 18 kilometr dərinlikdə yerləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm